Ən çox soruşulan suallar

Ən yaxşı ətir hər kəs üçün fərqlidir. Seçim şəxsi zövqünüzdən, mövsümdən və istifadə şəraitindən asılıdır. Əsas olan ətrin sizə uyğun gəlməsi və istifadə edərkən özünüzü yaxşı hiss etməyinizdir.

Ətri təmiz və quru dəriyə, qulaq arxasına, boyuna, biləklərə, dirsəklərin iç tərəfinə və dizlərin arxasına püskürdün. İstəsəniz, geyimlərinizə də müəyyən məsafədən püskürdə bilərsiniz.

.

Ətrin yararlılıq müddəti tərkibindən və saxlanma şəraitindən asılıdır. Məhsulun qablaşdırmasında göstərilən müddəti əsas götürün.

Ətri işıqdan, istidən və nəmdən uzaq, sərin və quru yerdə saxlayın. Hamam otağında saxlamaq məsləhət deyil. Günəş işığı düşməyən siyirmə və ya qapalı dolab uyğun seçimdir.

Bəli, amma qoxuların bir-birinə uyğun gəlməsinə diqqət etmək lazımdır. Uyğun olmayan qoxuların qarışığı xoşagəlməz nəticə yarada bilər. Ətir və dezodorant seçərkən də qoxularının bir-birini tamamlamasına diqqət edin.

Bəli, xüsusilə ipək kimi zərif parçalarda ehtiyatlı olun. Köhnəlmiş, bulanıqlaşmış və ya yüksək konsentrasiyalı ətirlər də geyimdə iz buraxa bilər. Ətri geyimə püskürtməzdən əvvəl görünməyən kiçik bir hissədə yoxlayın.

Niş ətirlərdə parfümerin fərdi üslubu və qoxuya yaradıcı yanaşması ön plandadır. Ümumi xüsusiyyətləri:

  • Fərqli və bəzən qeyri-adi not birləşmələri ilə seçilirlər.
  • Tərkibdə həm təbii, həm də sintetik xammal istifadə oluna bilər.

  • Bir çox ətrin arxasında bir hekayə, xatirə və ya ilham mənbəyi olur.

  • Flakon və qablaşdırma brendin üslubunu əks etdirir. Fərqli ətirlərdə eyni flakon dizaynı qoruna bilər.

  • Qiymətləri çox vaxt yüksək olur, lakin brendə və məhsula görə dəyişir.

Niş ətirlər fərdi zövqü ifadə edən şəxsi qoxu imzası kimi də seçilir.

İstifadə etdiyim ətir niyə qalıcı deyil?

Ətrin qalıcılığı tərkibdəki ətirli maddələrin növündən və konsentrasiyasından asılıdır. Eau de Parfum (EDP) adətən Eau de Toilette (EDT) ilə müqayisədə daha yüksək konsentrasiyaya malikdir və daha qalıcı ola bilər. Lakin EDP olması qalıcılığa zəmanət vermir.

Bəzi odunsu və ədviyyatlı notlar da qoxunun daha uzun müddət hiss olunmasına kömək edə bilər.

Ətrin qiymətinə təsir edən əsas amillər:

  • İstehsalçı brend

  • İstifadə olunan xammalın növü və keyfiyyəti

  • Ətirli maddələrin konsentrasiyası

  • İstehsal prosesi və hazırlanma müddəti

Əsas fərq ətirli maddələrin konsentrasiyasındadır. Spirt əsaslı ətirlər adətən spirt, su və ətirli maddələrin qarışığından hazırlanır. Parfumda ətirli maddələrin payı EDT ilə müqayisədə daha yüksək olur. Bu nisbət qoxunun intensivliyinə və qalıcılığına təsir edə bilər.

Bir dəfəyə 2–3 ətri müqayisə etməklə başlayın. Ardıcıl çox qoxu iyləmək onları ayırd etməyi çətinləşdirə bilər. Sınaqlar arasında qısa fasilələr verin və təmiz hava alın.

Bəyəndiyiniz ətri dərinizdə sınayın və qoxunun necə açıldığını hiss etmək üçün bir az vaxt verin.

Bizimlə əlaqə saxlayın

Sual və təkliflərinzi qeyd edə bilərsiniz