Şərtlər və qaydalar

Məhsulların qaytarılması və dəyişdirilməsi

Lazımi keyfiyyətə malik ətir və kosmetika məhsulları geri qaytarılmır və dəyişdirilmir.

Məhsulda istehsal qüsuru aşkar etdikdə bizimlə əlaqə saxlaya bilərsiniz. Qüsurlu məhsulun dəyişdirilməsi və ya qaytarılması ilə bağlı müraciətlərə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun qaydada və müddətlərdə baxılır.

Bu şərtlər istehlakçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarını məhdudlaşdırmır.